...

Məkkədə 4 Türkiyə vətəndaşı ölüb

Dünya xəbərləri Materials 25 Sentyabr 2015 07:38 (UTC +04:00)
Məkkədə - Mina dağında baş verən izdihamda dörd Türkiyə vətəndaşı ölüb
Məkkədə 4 Türkiyə vətəndaşı ölüb

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

Məkkədə - Mina dağında baş verən izdihamda dörd Türkiyə vətəndaşı ölüb.

Trend bu barədə "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, faciədə ölənlərin sayı 717-yə, yaralananların sayının isə 863 olduğu bildirilir.

Həcc dövründə baş vermiş ən böyük insidentlər:

1990-cı il - Məkkədən Mina çadır şəhərciyinə aparan piyada tunelində 1427 zəvvar ölüb.

1994-cü il - qarışıqlıqda 270 zəvvar ölüb.

1997-cı il - yanğın nəticəsində 343 zəvvar ölüb və təqribən 1500-ü yaralanıb.

1998-ci il - izdihamda 118 zəvvar ölüb.

2001-ci il izdihamda 35 zəvvar ölüb.

2004-cü il ayin zamanı izdihamda 251 zəvvar ölüb.

2006-cı il - ayin zamanı izdihamda 345 zəvvar ölüb.

Qeyd edək ki, bir müddət bundan əvvəl Məkkədə baş vermiş faciədə 107 zəvvar ölmüşdü, 238 zəvvar isə xəsarətlər almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti