Azərbaycan, Bakı, 30 sentyabr /Trend/
ABŞ-ın Corciya ştatının hakimiyyəti son 70 il ərzində ilk dəfə olaraq qadının edam edilməsi barədə qərar qəbul edib.
Trend-in məlumatına görə, Kelli Rene Gissendeyner sentyabrın 29-da həbsxanada ölümcül inyeksiya yolu ilə edam edilib.
Qadın sevgilisi ilə birlikdə əlbir olaraq 1997-ci ildə ərini öldürməkdə gühankar bilinmişdi. Məhkəmə onu ölüm cəzasına məhkum etmişdi.
Qeyd edək ki, ümumilikdə bu cəza növü ABŞ-ın 31 ştatında tətbiq edilir.