Azərbaycan, Bakı, 6 noyabr /Trend/
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl əldə edilmiş razılığa əsasən, noyabrın 9-da Ermənistana işgüzar səfər edəcək.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S.Lavrov erməni həmkarı Edvard Nalbandyanla görüşəcək.
Görüş zamanı ikitərəfli, regional və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.