...

Türkiyə vətəndaşlarına Rusiyaya getməmək tövsiyə edilir

Dünya xəbərləri Materials 28 Noyabr 2015 14:41 (UTC +04:00)
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib.
Türkiyə vətəndaşlarına Rusiyaya getməmək tövsiyə edilir

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərləri təxirə salmağı tövsiyə edib. Bu barədə Trend qurumun saytına istinadən məlumat verir.

XİN bəyan edir ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqədar olaraq, Türkiyə vətəndaşlarının Rusiyaya səyahəti və orada qalması ilə bağlı bir sıra problemlər müşahidə olunur: "Vətəndaşlarımıza vəziyyət düzələnədək Rusiyaya vacib və təcili olmayan səfərləri təxirə salmağı tövsiyə edirik".

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti