...

Nemtsovun qətlində şübhəli bilinənə yekun ittiham irəli sürülüb

Dünya xəbərləri Materials 29 Dekabr 2015 13:04 (UTC +04:00)
Deputat Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayevə yekun ittiham sürülüb.
Nemtsovun qətlində şübhəli bilinənə yekun ittiham irəli sürülüb

Bakı. Trend:

Deputat Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən Zaur Dadayevə yekun ittiham sürülüb. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bunu onun vəkili Şamsudin Tsakayev deyib.

Vəkil deyib ki, Z.Dadayev bir qrup şəxs ilə əvvəlcədən əlbir olaraq muzdla və ya tamah məqsədilə qətlə yetirmə maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, B.Nemtsov bu il fevralın 27-də Moskvada güllələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti