...

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib

Dünya xəbərləri Materials 16 Yanvar 2016 20:42 (UTC +04:00)

Bakı. Trend:

Ermənistan Rusiyadan təbii qazın qiymətinin aşağı salınmasını istəyib.

Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu sahibkarlarla görüşü zamanı Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.

Onun sözlərinə görə, qazın qiymətinin yüksək olması Ermenistanda istehsal olunan malların rəqabət qabiliyyətini aşağı salır.

O.Abramyan qeyd edib ki, Ermenistanın Rusiya və digər tərəfdaşlar ölkələrlə əməkdaşlığı bilavasitə enerji daşıyıcılarının qiymətindən asılıdır.

"Ölkələrimiz arasındaki strateji əlaqələri nəzərə alaraq Moskvadan məsələ ilə bağlı müsbət cavab gözəyirik", - deyə Ermənistanın Baş naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti