Bakı. Trend:
Kanadada La-Roş şəhərində məktəbdə baş verənatışma nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
Trend-in "İnterfax" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə ilə bağlı son məlumatı əhaliyə ölkənin baş naziri Castin Tryudo çatdırıb.
Qeyd olunur ki, yaralananların vəziyyəti kritikdir.