...

Dəməşqdə üç partlayış baş verib: 59 ölü, 128 yaralı

Dünya xəbərləri Materials 31 Yanvar 2016 20:39 (UTC +04:00)

Bakı. Trend:

Dəməşqin cənubunda silsilə terror aktları törədilməsi nəticəsində 59 nəfər ölüb, 128 nəfər yaralanıb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qırmızı Ayparanın əməkdaşı bildirib.

Terrorçular avtomobilə yerləşdirilmiş bombanı məsafədən işə salıblar. Eyni vaxtda isə yaxınlıqdan keçən marşrut avtobusunda terrorçu-kamikadze özünü partladıb. Bir neçə dəqiqə sonra daha bir terrorçu özünü partlatdı.

"Xəstəxanada bir qədər də insan həlak olub, indi qurbanların sayı - 59 nəfər olub. 128 nəfər yaralıb", Qırmızı Ayparanın əməkdaşı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti