...

Suriyada növbəti partlayış, 46 nəfər ölüb

Dünya xəbərləri Materials 21 Fevral 2016 13:25 (UTC +04:00)
Suriyanın Homs şəhərində Əz-Zəhra məhəlləsində terror hadisəsi nəticəsində 46 nəfər həlak olub, 115 nəfər xəstəxanaya yerləşdirilib.
Suriyada növbəti partlayış, 46 nəfər ölüb

Bakı. Trend:

Suriyanın Homs şəhərində Əz-Zəhra məhəlləsində terror hadisəsi nəticəsində 46 nəfər həlak olub, 115 nəfər xəstəxanaya yerləşdirilib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir. Mərkəzi Xəstəxananın əməkdaşının agentliyə verdiyi məlumata görə, xəstəxanaya daha 20 meyit gətirilib ki, bundan sonra ölənlərin ümumi sayı 46 nəfər olub.

Qeyd edək ki, Əs-Sittin küçəsində iki terrorçu minalanmış avtomobillərdə partlayış törədiblər.

Əz-Zəhrada sonuncu terror hadisəsi yanvarın sonunda baş vermişdi ki, bu zaman 22 nəfər həlak olmuş, 100 nəfər yaralanmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti