...

Davudoğlu Bahçeli ilə ölkədəki vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 14 Mart 2016 15:24 (UTC +04:00)
Əhməd Davudoğlu müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə ölkədəki vəziyyəti, o cümlədən Ankaradakı terror aktını müzakirə edəcək.
Davudoğlu Bahçeli ilə ölkədəki vəziyyəti müzakirə edəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Baş naziri Əhməd Davudoğlu müxalif Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Bahçeli ilə ölkədəki vəziyyəti, o cümlədən Ankaradakı terror aktını müzakirə edəcək.

Bu barədə Trend "Anadolu" agentliyinə istinadən məlumat verir.

Görüş bu gün yerli vaxtla saat 16:00-da D.Bahçelinin xahişi ilə baş tutacaq.

Qeyd edək ki, paytaxt Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri bildirib ki, güclü partlayış nəticəsində ölənlərin sayı 37, yaralananların sayı isə 125 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti