...

İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Dünya xəbərləri Materials 19 Mart 2016 18:34 (UTC +04:00)
İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur
İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur

Bakı. Trend:

İstanbulda terror aktında xəsarət alanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Bunu Trend-ə Azərbaycanın Türkiyədəki diplomatik missiyalarından deyiblər.

Azərbaycanın Ankaradakı səfirliyi və İstanbuldakı Baş konsulluğu İstanbulda baş vermiş partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını müəyyənləşdirmək məqsədilə Türkiyənin hüquq-mühafizə orqanları ilə mütəmadi əlaqə saxlayır.

Qeyd edək ki, bu gün İstanbulun İstiqlal prospektində partlayış olub. Hadisə nəticəsində terrorçu da daxil olmaqla 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti