...

NATO yaxın illərdə genişlənməyəcək

Dünya xəbərləri Materials 22 Aprel 2016 17:11 (UTC +04:00)
ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Duglas Lyut hesab edir ki, Alyans yaxın illərdə genişlənməyəcək, o cümlədən, Rusiyanın destabilizasiyası risqindən.
NATO yaxın illərdə genişlənməyəcək

Bakı. Elçin Hüseynov - Trend:

ABŞ-ın NATO yanındakı daimi nümayəndəsi Duglas Lyut hesab edir ki, Alyans yaxın illərdə genişlənməyəcək, o cümlədən, Rusiyanın destabilizasiyası risqindən.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

O deyib ki, praktiki nöqteyi-nəzərindən NATO-nun yaxın gələcəkdə genişlənməsi üçün "çox imkanlar görmür": "Bu bir neçə il və ya daha çox müddət ola bilər".

D.Lyut bildirib ki, Rusiya strateji şəraitdə böyük rola malikdir və bu "strateji şərait NATO-nun genişlənməsini nəzərdə tutmur".

Daimi nümayəndə deyib ki, NATO-nun siyasəti dəyişməyib, amma Alyansa yeni üzvlərin seçilməsi üçün bütün 28 təşkilata daxil ölkələrin razılığı olmalıdır: "Yaxın zamanlarda Gürcüstanın və ya Ukraynanın qatılmasına dair razılığı əldə etməyə imkanlar yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti