...

İraq parlamentində əlbəyaxa

Dünya xəbərləri Materials 26 Aprel 2016 18:39 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

İraq parlamentinin deputatları ölkənin Baş naziri Heydər əl-Abadinin çıxışı zamanı üstünə butulka atıblar. Trend TASS-a istinadən xəbər verir ki, qalmaqal Baş nazirin yeni hökumətin təqdim edilməsi və islahatlar haqqında çıxışı zamanı olub.

Hadisə baş verən vaxt iclasda 200 deputat iştirak edib. Çıxış zamanı parlament fraksiyalarının nümayəndələri dəfələrlə mübahisə edib, bəziləri isə hökumət başçısının ünvanına nalayiq sözlər deyərək iclası tərk etməyi tələb ediblər.

Deputatların belə davranışı Baş nazirin təhlukəsizlik xidmətinin nümayəndələri ilə əlbəyaxa döyüşə səbəb olub. Heydər əl-Abadi çıxışını bitirmədən parlament binasını tərk edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti