...

İranda müdafiə sahəsinə dövlət büdcəsi vəsaitlərinin 5%-i ayrılacaq

Dünya xəbərləri Materials 2 May 2016 19:49 (UTC +04:00)
İran parlamenti dövlət büdcəsi vəsaitlərinin ən azı 5 faizinin müdafiə sahəsinə xərclənəcəyinə dair qanun layihəsini qəbul edib.
İranda müdafiə sahəsinə dövlət büdcəsi vəsaitlərinin 5%-i ayrılacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

İran parlamenti dövlət büdcəsi vəsaitlərinin ən azı 5 faizinin müdafiə sahəsinə xərclənəcəyinə dair qanun layihəsini qəbul edib. Bu barədə Trend TASS-a istinadən xəbər verir.

Qanuna əsasən, ölkə rəhbərliyi yeni maliyyə ilindən (mart ayı) başlayaraq, hər il dövlət büdcəsindən müdafiə sahəsinə 5%-dan az olmayaraq vəsait ayırmalıdır. Vəsaitlər İranın mühüm regional dövlət statusuna uyğun olaraq müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəldiləcək.

Aprelin ortalarında qəbul edilmiş qanuna əsasən, İranın dövlət büdcəsinin məxaric hissəsi cari maliyyə ili üçün 9,785 trilyon rial (326 milyard dollar) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti