...

NATO qoşunlarının Polşada yerləşməsi asanlaşdı

Dünya xəbərləri Materials 20 May 2016 17:50 (UTC +04:00)
Polşa Prezidenti Andjey Duda xarici qoşunların, o cümlədən NATO-nun Təxirəsalınmaz çevik reaksiya qüvvələrinin ölkədə mövcudluğunu tənzimləyən qanunu imzalayıb.
NATO qoşunlarının Polşada yerləşməsi asanlaşdı

Bakı. Elçin Hüseynov - Trend:

Polşa Prezidenti Andjey Duda xarici qoşunların, o cümlədən NATO-nun Təxirəsalınmaz çevik reaksiya qüvvələrinin ölkədə mövcudluğunu tənzimləyən qanunu imzalayıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Sənədə əsasən, xarici qoşunlara Polşa ərazisində hərbi əməliyyatların aparılmasına dair səlahiyyətlər verilir.

Xarici qoşunların mövcudluğuna razılığı müdafiə nazirinin sorğusu və Baş nazirin dəstəyi ilə ölkə Prezidenti ifadə edəcək. Müttəfiq qüvvələr Polşa ordusuna verilən hüquqlarla bərabər əsaslarda fəaliyyət göstərəcəklər.

Mətbuat xidməti qeyd edir ki, bu addımlar Polşanın qonşu dövlətlərdə və digər Mərkəzi və Şərqi Avropa ölkələrindəki təhlukəsizlik səviyyəsinin pisləşməsi ilə əlaqədar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti