...

Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 27 May 2016 09:49 (UTC +04:00)
Türkiyə aeroportlarında sərnişinlərdə olan noutbukların yoxlanılmasına başlanılıb ki, bu da hazırda böyük növbələr yaranmasına səbəb olub.
Türkiyə aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə aeroportlarında sərnişinlərdə olan noutbukların yoxlanılmasına başlanılıb ki, bu da hazırda böyük növbələr yaranmasına səbəb olub. Trend-in məlumatına görə, bunu Türkiyənin "Milliyet" qəzeti yazır.

Qəzet qeyd edir ki, bu yaxınlarda Türkiyənin cənubunda Qaziantəp əyalətində İŞİD terrorçularına qarşı əməliyyat zamanı partlayıcı qurğu quraşdırılmış noutbuk aşkar edildikdən sonra bu yoxlamalara başlanılıb.

Qəzetin verdiyi məlumata görə, noutbukların bu cür yoxlanılması yaxın 10 gün ərzində də davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti