...

MHP hərbçilərin özbaşına cəzalandırılmasının əleyhinədir

Dünya xəbərləri Materials 19 İyul 2016 12:54 (UTC +04:00)
Türkiyənin müxalif Miliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli vətəndaşların hərbi çevrilişdə iştirak etmiş hərbçiləri özbaşına cəzalandırmalarını qınayıb.
MHP hərbçilərin özbaşına cəzalandırılmasının əleyhinədir

Bakı. Trend:

Türkiyənin müxalif Miliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli vətəndaşların hərbi çevrilişdə iştirak etmiş hərbçiləri özbaşına cəzalandırmalarını qınayıb.

Trend-in Türkiyənin “Haber7” qəzetinə istinadən verdiyi məlumata görə, D.Bahçeli qeyd edib ki, milliyətçilik və demokratiya istənilən çevriliş təhlükəsi qarşısında birgədir.

Onun sözlərinə görə, hərbi çevriliş problemləri həll etməyəcək: “Türk xalqı hökumətin demokratik yolla dəyişməsi yolu ilə bağlı qərarını çoxdan verib”.

D.Bahçeli əlavə edib ki, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə edam cəzasının bərpasının lehinə səs verməyə hazır olarsa, MHP AKP-ni dəstəkləyəcək.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti