...

Münhendə fövqəladə vəziyyət elan edib

Dünya xəbərləri Materials 22 İyul 2016 22:54 (UTC +04:00)
Bavariya paytaxtında polis xüsusi əməliyyat keçirilir
Münhendə fövqəladə vəziyyət elan edib

Bakı. Trend:

Münhen şəhərinin sakinləri smartfonlar üçün Katwarn xəbərdarlıq sistemi vasitəsilə fövqəladə vəziyyət haqqında məlumatlandırılıblar. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bavariya paytaxtında polis xüsusi əməliyyat keçirilir.

Münhendə "Olimpiya" ticarət mərkəzində baş verən silahlı hücum nəticəsində ən azı üç nəfər həlak olub. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Münhen polis nümayəndəsi bildirib ki, hücumda bir neçə nəfər iştirak edib. Atəş açanların heç birini yaxalamaq hələlik mümkün olmayıb.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb, insanlar təxliyə olunub, əməliyyat gedir. Rayon sakinlərinə küçəyə çıxmamaq xahiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti