...

Ankarada təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçirilir

Dünya xəbərləri Materials 6 Avqust 2016 13:04 (UTC +04:00)
Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə təhlükəsizlik toplantısı keçirilir.
Ankarada təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçirilir

Bakı. Trend:

Ankarada Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə təhlükəsizlik toplantısı keçirilir.

Trend bu barədə Haber 7 qəzetinə istinadən xəbər verir.

Qəzetin yazdığına görə, toplantıda hərbi çevriliş cəhdindən sonra ölkədəki vəziyyətə və Gülən hərəkatına qarşı əməliyyatın gedişinə qiymət veriləcək.

Toplantıda həmçinin, avqustun 7-də İstanbulda keçiriləcək demokratiya mitinqi ilə bağlı təhlükəsizlik məsələləri müzakirə aparılacaq.

Bildirilir ki, mitinqdə prezident Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Millətçi Hərəkət Partiyasının lideri Dövlət Baxçalı iştirak edəcək.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti