...

Türkiyədə güclü partlayış - 7 ölü, 25 yaralı (ƏLAVƏ OLUNUB 2)

Dünya xəbərləri Materials 15 Avqust 2016 15:40 (UTC +04:00)

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyənin cənub-şərqində Diyarbəkir əyalətinin Çinar rayonunda polis nəzarət-buraxılış mətəqəsində baş vermiş partlayış nəticəsində 7 nəfər həlak olub, 25 nəfər yaralanıb.

Həlak olanlardan 4-ü, yaralananlardan isə 11-i polis əməkdaşıdır.

Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Partlayışın arxasında PKK terror təşkilatı dayanır.

x x x

Türkiyənin cənub-şərqində Diyarbəkir əyalətinin Çinar rayonunda polis nəzarət-buraxılış mətəqəsində partlayış baş verib.

Trend bu barədə Türkiyənin "Hurriyet" qəzetinə istinadən məlumat verir.

Partlayış nəticəsində bir polis əməkdaşı həlak olub, 11 nəfər isə yaralanıb.

Hadisə yerində xilasedicilər və təcili tibbi yardım briqadaları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti