...

Türkiyə xarici işlər naziri təcili İrana səfər edib

Dünya xəbərləri Materials 19 Avqust 2016 16:01 (UTC +04:00)
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana səfərindən əvvəl təcili İrana səfər edib.
Türkiyə xarici işlər naziri təcili İrana səfər edib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Hindistana səfərindən əvvəl təcili İrana səfər edib.

Trend bu barədə Türkiyənin "Habertürk" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, hələlik Türkiyə hökuməti M.Çavuşoğlunun İrana səfəri barədə məlumatı təsdiq etməyib.

Bildirilir ki, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra M.Çavuşoğlu ikinci xarici səfərini İrana edib. 

Bundan əvvəl M.Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində avqustun 9-da Rusiyaya səfər edib.

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti