Bakı. Rufiz Hafizoğlu – Trend:
Türkiyə qəbul edilmiş qaçqınların sayına görə ölkələr arasında liderdir.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu faktı BMT-nin İnformasiya Mərkəzinin Mərakeş ofisinin rəhbəri Fəthi əd-Dəbbadi səsləndirib.
Onun sözlərinə görə, siyahıda sonrakı yerləri Pakistan, Livan, İraq tutur.
Qeyd edək ki, hazırda Türkiyədə hazırda 3 milyon suriyalı qaçqın var.