Bakı. Trend:
Türkiyə hərbçilərinin Mosul yaxınlığındakı Başika bazasında olması səbəbindən rəsmi Ankara və Bağdad arasında gərginlik davam edir.
Trend-in məlumatına görə, İraqın Baş naziri Heydər əl-Abadi Kərbəla ziyarəti zamanı Mosul əməliyyatı ilə bağlı açıqlama verib.
Baş nazir qeyd edib: "Türkiyənin heç bir şəkildə Mosul əməliyyatına qatılmasına icazə verməyəcəyik. İraq ərazisində olan Türkiyə Silahlı Qüvvələrinə yerlərindən tərpənməmələrini məsləhət görürük".