...

Türkiyədə bələdiyyə rəhbərləri saxlanılıb

Dünya xəbərləri Materials 16 Noyabr 2016 10:33 (UTC +04:00)
Saxlanılan şəxslər PKK terror təşkilatına dəstəkdə ittiham olunur.
Türkiyədə bələdiyyə rəhbərləri saxlanılıb

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə polisinin antiterror bölməsi Siirt bələdiyyəsinin sədri Tuncer Bakırxan və Tunceli bələdiyyəsinin həmsədri Nurhəyat Altunu saxlayıb.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, polis bələdiyyələrin binalarında axtarış da aparıb.

Saxlanılan şəxslər PKK terror təşkilatına dəstəkdə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti