...

Sarkisyan təsdiq etdi: Ermənistandakı "İsgəndər" kompleksləri Rusiyaya məxsusdur

Dünya xəbərləri Materials 17 Noyabr 2016 11:41 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan “İsgəndər” raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.
Sarkisyan təsdiq etdi: Ermənistandakı "İsgəndər" kompleksləri Rusiyaya məxsusdur

Bakı. Elmira Tariverdiyeva - Trend:

Ermənistan prezidenti Serj Sarkisyan "İsgəndər" zenit-raket komplekslərinin Ermənistanda peyda olması ilə bağlı yaranmış suallara aydınlıq gətirib.

Trend-in məlumatına görə, RİA Novosti-yə müsahibəsində S.Sarkisyan həmin raket komplekslərinin yerləşdirilməsinin "zəruri addım" olduğunu deyib:

"Rusiyanın "İsgəndər" raket komplekslərinin Ermənistan ərazisində yerləşdirilməsi regionda sabitliyin qorunmasına yönəlmiş zəruri addım idi".

S.Sarkisyanın sözlərindən aydın olur ki, bu komplekslər Ermənistana satılmayıb və ya hədiyyə olunmayıb. Sadəcə, Rusiya bu kompleksləri Gümrüdəki hərbi bazasında yerləşdirib.

Sarkisyan deyib: "Sirr deyil ki, Azərbaycan son illərdə yeni silahlar əldə edib. Biz Azərbaycanın malik olduğu maliyyə imkanlarına sahib deyilik. Bununla belə, vəziyyəti balanslaşdırmağa çalışırıq. Fikrimcə, “İsgəndər” raket kompleksləri məhz belə bir addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti