...

Türkiyədə terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 17 Dekabr 2016 18:23 (UTC +04:00)
Türkiyədə Kayseri vilayətində törədilən teror aktında əlaqəsi olan 7 nəfər saxlanılıb, daha beş nəfər isə axtarışdadır.
Türkiyədə terror aktı ilə əlaqədar 7 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin Kayseri vilayətində törədilən teror aktında əlaqəsi olan 7 nəfər saxlanılıb, daha 5 nəfər isə axtarışdadır.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, hüquq mühafizə orqanları tərəfindən terror aktında əli olan şəxslərin tutulması üçün zəruri tədbirlər aparılır. Soylu əlavə edib ki, hazırda yaralıların sayı 56 nəfərə çatıb. Onlardan dördü ağır vəziyyətdədir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, Kayseri vilayətində baş vermiş partlayış nəticəsində 13 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti