...

Qazaxıstan və İran razılaşdı - Viza rejimi sadələşdirilir

Dünya xəbərləri Materials 22 Dekabr 2016 15:10 (UTC +04:00)
Qazaxıstan və İran viza rejiminin sadələşdirilməsi üzərində işləmək barədə razılaşıblar.
Qazaxıstan və İran razılaşdı - Viza rejimi sadələşdirilir

Bakı. Trend:

Qazaxıstan və İran viza rejiminin sadələşdirilməsi üzərində işləmək barədə razılaşıblar. Bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev iranlı həmkarı Həsən Ruhani ilə danışıqlardan sonra bəyan edib. Trend-in məlumatına görə, "Kazinform"un müxbiri bu barədə xəbər verib.

Qazaxıstan prezidentinin sözlərinə görə, onun İrana səfərindən sonra Almata və Tehran arasında hava reysi açılıb.

N.Nazarbayev daha sonra əlavə edib: "Astana və Tehran arasında da hava resinin açılması planlaşdırılır".

Xəbər lenti

Xəbər lenti