Ankara. Atilla Caner - Trend:
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailə səfər edəcək. Bu barədə Trend Türkiyə XİN-dəki mənbəyə istinadən məlumat verir.
Səfərin yanvarın sonu – fevralın əvvəlində baş tutacağı planlaşdırılır.
Mənbənin məlumatına görə, səfər zamanı iki ölkə arasında münasibətlərin normallaşması, ticarət və iqtisadi əməkdaşlığın inkişafı kimi məsələlər müzakirə olunacaq.