Bakı. Trend:
Hindistanın Bixar ştatında Qanq çayında qayıq batıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qayığın batması nəticəsində 26 nəfər həlak olub.
"Xilasedicilər gecə 22 cəsəd, bu səhər 4 cəsəd çıxarıblar", - Hindistanın təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarəsinin katibi Anirudx Kumar deyib.
Qeyd edək ki, qayıq batan zaman qayıqda 50 nəfər olub. Onlardan 20-si xilas edilib və xəstəxanaya yerləşdirilib. Axtarış-xilasetmə əməliyyatı davam edir.