...

Bu dəfə Trampın sözü Madonna ilə çəp gəlib

Dünya xəbərləri Materials 30 Yanvar 2017 00:17 (UTC +04:00)
Bu dəfə ABŞ Prezidenti Donald Trampın sözü məşhur pop ifaçısı Madonna ilə çəp gəlib, Ağ Evin rəhbəri tanınmış ulduzu iyrənc adlandırıb.
Bu dəfə Trampın sözü Madonna ilə çəp gəlib

Bakı. Anaxanım Hidayətova - Trend:

Bu dəfə ABŞ Prezidenti Donald Trampın sözü məşhur pop ifaçısı Madonna ilə çəp gəlib, Ağ Evin rəhbəri tanınmış ulduzu iyrənc adlandırıb.

Trend -in "NewsWeek" nəşrinə istinadən yaydığı məlumata görə, daha öncə 58 yaşlı muğənni ABŞ paytaxtı Vaşinqtonda dövlət başçısına qarşı beynəlxalq feminist və hüquq müdafiəçiləri tərəfindən təşkil olunmuş "Qadınlar Yürüşü" adlı etiraz aksiyasında iştirak edərək, qeyri-etik ifadələrdən istifadə edib, o yeni seçilmiş respublikaçını kobud şəkildə tənqid edib. Madonna Donald Trampın prezident seçilməsindən son dərəcə narazı olduğunu bildirib.

Tramp bu hadisəyə münasibət bildirərək, Madonnanın iyrənc olduğunu deyib, onun sözlərinə görə, ifaçı bu hərəkəti ilə özünə, eləcə də yürüşün əsas ideyasına ziyan gətirib.

Yürüşü canlı yayımlayan CNN telekanalı isə yayımı kəsərək, məşhurun çıxışını dayandırıb və Madonnanın ifadələrinə görə, izləyicilərindən üzr istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti