...

Eyfel qülləsinin işıqları söndü

Dünya xəbərləri Materials 31 Yanvar 2017 09:45 (UTC +04:00)
Fransanın paytaxtı parisdə Eyfel qülləsinin işıqları söndürülüb.
Eyfel qülləsinin işıqları söndü

Bakı. Trend:

Fransanın paytaxtı parisdə Eyfel qülləsinin işıqları söndürülüb. Trend-in məlumatına görə, bu, Kanadanın Kvebek şəhərində məscidə hücum nəticəsində ölənlərin xatirəsini yad etmək üçün edilib.

Məlumata görə, qüllədə işıqlar gecə saat 12:00-da söndürülüb.

Eyfel qülləsinin Twitter səhifəsində yerləşdirilimiş mikrobloqda hüzn və başsağlığı ifadə olunub.

Qeyd edək ki, Kanadanın Kvebek vilayətində məsciddə baş verən atışma nəticəsində 5 nəfər ölüb. Hadisə 3 silahlı şəxs tərəfindən dualar zamanı törədilib. Atışma zamanı məsciddə təxminən 40 nəfər olub. Polis əməkdaşları tərəfindən məsciddə baş verən atışma ilə bağlı iki şübhəli şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti