Bakı. Trend:
Avstraliyanın Kuinslend ştatının sakinləri dəniz sahillərində çoxlu sayda mavi meduza aşkar edib.
Trend bildirir ki, minlərlə zəhərli meduza sahilə atılıb.
Yerli bioloqlar bu amili üç səbəblə izah edir: Suyun istiləşməsi, qidanın yoxluğu və ya təbii düşmənlər.
Sakinlər bildirir ki, sahilə vuran meduzalar artıq ölü olsalar da, onların çürüməyə başlaması narahatlıq yaradır.