...

İran metrosunda qəza - Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 10 Fevral 2017 17:55 (UTC +04:00)
İranda metropolitendə divarın aşması nəticəsində üç nəfər həlak olub.
İran metrosunda qəza - Ölən və yaralananlar var

Bakı. Trend:

İranın Qum şəhərində metropolitendə divarın aşması nəticəsində üç nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə İranın Qızıl Aypara cəmiyyətinin Qum şəhəri üzrə rəhbəri Bəhram Əhmədiyan məlumat verib.

Məlumata görə,hadisə tikilməkdə olan stansiyada baş verib. Divarın aşması nəticəsində daha 6 nəfərin xəsarət aldığı bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər lenti

Xəbər lenti