Bakı. Trend:
Argentinanın şimal-qərbində 6,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, ABŞ Geoloji Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanların episentri San-Salvador-de-Jujuj şəhəri yaxınlığında 200,6 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.