Bakı. Trend:
Hollandiya parlamentinin aşağı palatası marixuananın yetişdirilməsini leqallaşdıran qanun lahiyəsini qəbul edib.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə,
"Demokratlar-66" partiyası tərəfindən hazırlanan və səsverməyə çıxarılan sənəd ziddiyyətə son qoymalıdır: Niderlandda marixuana satışına icazə olduğu halda, onun becərilməsi cinayət hesab olunur.
"Demokratlar-66" partiyasından başqa qanunlahiyəsinin qəbulunu Sosialist partiyası, Əmək Partiyası və bir sıra digər partiyalar dəstəkləyib.