Bakı. Trend:
Mosulda İŞİD əleyhinə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviazərbələri zamanı ölənlərdən 112 nəfərin meyiti tapılıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, İraqın səhiyyə naziri Əhməd Dubardani bildirib ki, 3 gün ərzində tapılan meyitlər torpağa tapşırılıb.
Qeyd edək ki, Mosula aviazərbələr ötən həftə endirilib. Yerli mətbuatın məlumatına görə, ölü sayı 200-dən az deyil. Koalisiya qüvvələri isə dinc sakinlərin öldüyü barədə xəbəri təsdiqləməyib.