...

Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda

Dünya xəbərləri Materials 25 May 2017 10:26 (UTC +04:00)
Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub.
Rusiyanın "İsgəndər-M" raket kompleksləri ilk dəfə istifadə olundu - Tacikistanda

Bakı. Trend:

Rusiyanın "İsgəndər-M" operativ-taktiki raket kompleksləri ilk dəfə Tacikistanda MDB-nin "Düşənbə - Antiterror-2017" adlı təlimində istifadə olunub.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Mərkəzi hərbi dairənin qoşun komandanı general-polkovnik Vladimir Zarudnitski deyib.

O qeyd edib ki, "İsgəndər-M" kompleksləri ilk dəfə Düşənbədə birgə antiterror təlimlərində istifadə olunub. Daşımanı Rusiya Hərbi Kosmik Qüvvələrinin təyyarələri təmin edib.

V.Zarudnitski bildirib ki, təlimlər zamanı hərbçilər dağlarda şərti terrorçuların baza düşərgəsinə raketlərin döyüş buraxılışını da icra edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti