Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:49-da yayılıb)
Bakı. Trend:
Moskvada ötən gün baş vermiş güclü qasırğa nəticəsində həlak olanların sayı 16 nəfərə çatıb.
Bu barədə Trend Rusiya mətbuatına istinadən məlumat verir.
X X X
10:49
Moskvada güclü qasırğa nəticəsində həlak olanların sayı 14 nəfərə çatıb.
Trend-in məlumatına görə, Rusiya Tədqiqat Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenkonun verdiyi məlumata görə, 11 nəfərin paytaxtda, 3 nəfərin isə Moskva vilyətində həlak olması barədə məlumat daxil olub.
Moskva Səhiyyə Departamentinin rəhbəri Aleksey Xripun isə hazırda tibb müəssisələrində 108 nəfərin, o cümlədən 20-dən çox uşağın olması barədə xəbər verib.
Qeyd edək ki, ötən gün Moskvada qasırğa olub. Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları, ağaclar aşıb, şəxsi avtomobillərə zərər dəyib.