Bakı. Trend:
Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı nəticəsində ölənlərin sayı 7-yə çatıb, təxminən 50 nəfər yaralanıb.
Trend-in RİA Novosti-yə istinadən veridiyi məlumata görə, bu haqda Skotland Yardın başçısı Kressida Dik xəbər verib.
Daha əvvəl 6 nəfərin öldüyü haqda əlumat verilirdi.
Hadisə ilə bağlı istintaq davam edir.
Londonda iyunun 4-də silsilə terror aktları təşkil olunub.
London-Bridc körpüsündə avtomobilin insanların üzərinə sürülməsi hadisəsi, “Borough Market”də və “Vauxhall” bölgəsində də bıçaqlı hücum olub.
Baş verən hücumlarda 7 nəfər ölüb, 50 nəfər isə xəstəxanaya yerləşdirilib.