Bakı. Trend:
İtaliyanın paytaxt meriyası tarixi fəvvarələrdə çimməyi, eləcə də ətrafında qida və içki qəbul etməyi qadağan edən qərar qəbul edib. Trend-in məlumatına görə, bundan sonra bu qərarı pozanları 240 avro həcmində cərimə gözləyir.
Qeyd edək ki, yeni qərar Trevi, Dörd çay fəvvarələri də daxil olmaqla 40 daha məşhur fəvvarəyə aid edilib.