Bakı. Trend:
İraq ordusu Mosulun Köhnə şəhər adlanan rayonlarını azad etmək üçün hücuma başlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Frans Press agentliyi xəbər verir.
Qeyd edək ki, Köhnə şəhər Mosulun "İslam dövləti" terror qruplaşmasının nəzarəti altında qalan sonuncu ərazidir.