...

Nazir: Türkiyənin Qətərdəki hərbi bazası Ankara və Dohanın daxili işidir

Dünya xəbərləri Materials 23 İyun 2017 13:16 (UTC +04:00)
Türkiyənin Qətərdəki hərbi bazası ancaq Ankara və Dohanın daxili işidir.
Nazir: Türkiyənin Qətərdəki hərbi bazası Ankara və Dohanın daxili işidir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Qətərdəki hərbi bazası ancaq Ankara və Dohanın daxili işidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib.

Nazir bəyan edib ki, iki ölkənin daxili işlərinə heç bir ölkə qarışa bilməz.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Bəhreyn Qətərdən Türkiyənin “Ər-Rayyan” hərbi bazasını bağlamağı tələb etmişdi.

Türkiyənin Qətərdəki hərbi bazasında 113 hərbçi faəliyyət göstərir. Bu ayın sonundan iki ölkənin birgə hərbi təlimləri planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti