...

Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

Dünya xəbərləri Materials 24 İyun 2017 04:01 (UTC +04:00)
Türkiyə XİN-i Pakistanın cənub-qərbində baş verən terror aktını pisləyib
Türkiyə XİN-i Pakistanda baş verən terror aktını pisləyib

Bakı. Trend:

Türkiyə XİN-i Pakistanın cənub-qərbində baş verən terror aktını pisləyib.

Trend-in Anadolu-ya istinadən verdiyi məlumata görə, bu haqda Nazirliyin bəyanatında deyilir.

Bəyanatda Belucistanın inzibati mərkəzi Kvetta şəhərində törədilən terror aktı ilə əlaqədar Pakistan hökuməti və xalqına, həlak olanların doğmalarına başsağlığı verilir və zərərçəkənlərin tezliklə sağalması arzulanır.

Həmçinin bəyanatda terrorizmlə mübarizədə Türkiyənin qardaş Pakistanla həmrəy olduğu və dəstək verdiyi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti