Bakı. Trend:
İraqın baş naziri Heydər əl-Abadi rəsmən Mosul şəhərində İŞİD üzrəində qənəbəni elan edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ötən bazar günü İraq ordusunun terrorla mübarizə üzrə bölməsinin üzvləri Mosulun tarixi hissəsində Tiqr çayının sahilində dövlət bayrağını asıblar.
Məlumata əsasən, bayrağın asılmasından sonra baş nazir əl-Abadi Mosul şəhərinə gəlib və ordunu İŞİD üzərində qələbə ilə təbrik edib.