...

Türkiyədə 50 mindən çox FETÖ-çü tutuldu - general, qubernator, prokuror...

Dünya xəbərləri Materials 13 İyul 2017 15:34 (UTC +04:00)
Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib.
Türkiyədə 50 mindən çox FETÖ-çü tutuldu - general, qubernator, prokuror...

Bakı. Trend:

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən sonra il ərzində 50 mindən çox insan qiyamda iştirak etməkdə ittiham olunaraq həbs edilib.

Trend-in Türkiyə Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2016-cı il iyulun 15-dən etibarən Fəthullah Gülən hərəkatı (FETÖ) ilə əlaqədə şübhəli bilinən 169 013 nəfərə qarşı cinayət işi açılıb. Yekunda 50 510 insan həbs edilib. Onlardan 169-u general, 7098-i hərbçi, 8815-i təhlükəsizlik oqranlarının əməkdaşı, 24-ü qubernator, 73-ü isə qubernator müavinidir".

Qeyd olunur ki, 48 400 nəfər yaşadığı yeri tərk etməmək şərtilə azadlığa buraxılıb, 8087-i axtarışdadır, 43 404 nəfər isə azadlığa buraxılıb.

Həbs edilənlər arasında hakim, prokuror, vəkil və digərləri (cəmi 2431 nəfər) də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti