...

Türkiyənin şərqində zəlzələ olub

Dünya xəbərləri Materials 9 Avqust 2017 09:22 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərqində Van vilayətidə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların 4,4 bal gücündə olduğu bildirilib.

Zəlzələnin səhər saatlarında - yerli vaxtla 04:58-də 5 kilometr dərinlikdə qeydə alındığı barədə məlumat verilib.

Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 2011-ci ildə Vanda zəlzələ nəticəsində 600-a yaxın adam həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti