Bakı. Trend:
ABŞ-ın Filadelfiya ştatında avtomobil piyadaları vurub.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.
Məlumata görə, insident nəticəsində 8 nəfər xəsarət alıb. Sükan arxasında olan qadına qarşı sərxoş vəziyyətdə avtomobili idarə etmə ittihamı irəli sürülüb.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırmalara başlayıblar.