...

ABŞ təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan olundu

Dünya xəbərləri Materials 5 Sentyabr 2017 18:20 (UTC +04:00)
ABŞ aviasiyasına, o cümlədən sərnişin təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan edilib
ABŞ təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan olundu

Bakı. Trend:

ABŞ aviasiyasına, o cümlədən sərnişin təyyarələrinə İranın hava məkanına daxil olmaq qadağan edilib.

Trend-in məlumatına görə, bunu İranın hava hücumundan müdafiə bazasının komandanı, general Əmir Fərzad İsmaili bəyan edib.

O deyib ki, İran ikili standartlar nümayiş etdirə bilməz. “Biz bəyan edirik ki, ABŞ özündənrazı dövlətdir, ona görə də biz ABŞ aviasiyasına, o cümlədən sərnişin daşımaları üçün İran hava məkanına daxil olmasına icazə verə bilmərik. Çünki İran ABŞ hökumətinin siyasətinə qarşıdır”.

Xəbər lenti

Xəbər lenti