Bakı. Trend:
ABŞ Senatı Uess Mitçeli dövlət katibi Reks Tillersonun Avropa və Avrasiya məsələləri üzrə köməkçisi təyin edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Mitçel Avropa Siyasətinin Təhlili üzrə ekspert Mərkəzinin banilərindən biridir. Daha əvvəl "John Hay Initiative" neokonservativ tədqiqat mərkəzində işləyib.
Qeyd edək ki, Mitçeldən əvvəl bu vəzifədə Barak Obamanın prezident olduğu dövrdə Viktoriya Nuland tutub.