...

Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

Dünya xəbərləri Materials 1 Oktyabr 2017 15:18 (UTC +04:00)
İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirilir.
Madriddə Kataloniyadakı referendumun əleyhinə nümayiş keçirilir

Bakı. Trend:

İspaniyanın paytaxtı Madriddə, Mayor meydanında Kataloniyada keçirilən müstəqillik haqqında referendumun əleyhinə nümayiş keçirilir.

Trend-in məlumatına görə, nümayişdə ən azı 500 nəfər iştirak edir.

Aksiya iştirakçıları "İspaniya vahiddir, heç vaxt parçalanmayacaq", "Kataloniya İspaniyadır", "Kataloniya hakimiyyətinə ölkə konstitusiyasını pozmağa imkan vermək olmaz" kimi şüarlar səsləndirirlər.

Nümayiş dinc xarakterlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti